Həkim: “Digər yumşaldılmalara da getmək olar” – VİDEO

0
75

“Gündəlik virusa yoluxma sayı artıq ikirəqəmlidir, ölüm halları isə yoxdur. Bu rəqəmlər onu göstərir ki, artıq yumşaldılmalara getmək olar”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.

“Bir çox yumşaldılmalar artıq tətbiq edilib. Yalnız toy adət-ənənəsinə və ictimai nəqliyyatın tam sürətlə əvvəlki qaydada fəaliyyətinə icazə verilməsi qalıb. Bu, yaxşı haldır”, – deyə o bildirib.