Dünyanın ən böyük sənaye kompleksinin Bakı şöbəsinin açılışı – FOTO

0
66
Dünyanın ən böyük sənaye kompleksinin Bakı şöbəsinin açılışı - FOTO

Bu gün Türkiyənin və dünyanın ən böyük sənaye universitetlərindən olan Ostim Texnik Universitetinin Bakı ofisinin açılışı baş tutub.

dbirdə universitetin rektoru Murat Yülek, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorları Ədalət Muradov, Vilayət Vəliyev, millət vəkili Razi Nurullayev və digər ictimai xadimlər iştirak ediblər.

Ostim Texnik Universitetinin Azərbaycan ofisinin direktoru Fuad Hacıyev açılış sözü ilə qonaqları salamladıqdan sonra universitetin rektoru Murat Yülek həm universitet haqqında məlumat verib, həm də ortaq görüləcək proqramlardan söz açıb: “Hörmətli qonaq və dəyərli qardaşlar sizi görməkdən çox məmnunam. Universitetimiz artıq üçüncü ilini tamamlayır. Yeni konseptdə yaranan dünyanın ilk və tək sənaye universitetidir. Bu mövzuda universitetin bir çox layihələri var. Bu layihələrdən biri də 10 fərqli ölkədə fərqli şöbələrin yaradılmasıdır. Təbii ki, ilk açılan şöbə Azərbaycanda olmalı idi. İstəyirik ki, azərbaycanlı gənclər də mühəndislik sahəsində özlərini inkişaf etdirsinlər, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə öz töhfələrini versinlər. Bunun üçün çalışırıq ki, azərbaycanlı gənclərin Türkiyədə təhsil alması imkanlarını genişləndirək. Azərbaycanın təhsil nazirliyi və başqa qurumlarla əməkdaşlıq etməkdən məmnunuq”.

Tədbir təşkilatçıları bildiriliblər ki, Ostim Texnik Universiteti 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qələbəsində danılmaz yeri olan dronları istehsal edən OSTİM sənayesinin mühəndislik üzrə ixtisaslaşan universitetidir. Bu baxımdan, OSTİM texnik universiteti olaraq Azərbaycanlı tələbələrin bu ali təhsil ocağında oxumasını təmin etməklə gələcəkdə Azərbaycanın müdafiə sənayesinin inkişafına onların mütəxəssis kimi öz töhfələrini verməsi işinin qurulmasını istəyirlər.

Qeyd edilib ki, Azərbaycan texniki universiteti və OSTİM texnik universiteti arasında 2-li diplom proqramı sözləşməsi imzalanıb. Tədbirdə iştirak edən millət vəkili Razi Nurullayev qeyd etdi ki, hazırda Azərbaycanın təhsil sahəsində ciddi yeniliklərə ehtiyacı yaranıb: “Dünyanı təhsil, elm xilas edəcək. Ümid edir və inanıram ki, burada çalışan, bu şöbəni idarə edən insanların effektiv fəaliyyəti nəticəsində Azərbaycanın bacarıqlı oğlan və qızları çox gözəl təhsil alaraq, vətənə geri dönəcək və ölkəmizin inkişafında mühüm rol alacaqlar”.

Razi Nurullayev bu işdə hər zaman dəstək verməyə hazır olduğunu da vurğuladı: “Rəhbərlik etdiyim Milli Cəbhə Partiyasının proqramının ana xəttində təhsil dayanır. Xilas yolumuz ancaq təhsildir. Bu baxımdan hər zaman yanınızdayam”.

Fuad Hacıyevin sözlərinə görə, Universitet bütün Azəərbaycan tələbələrinə təhsil haqqına 85% endirim edib və xarici vətəndaşlar üçün təhsil haqqının 15.000$ olmasına baxmayaraq Azərbaycanlılar üçün bunun sadəcə 2000$ təşkil etdiyini bildirib. Universitetinin yeganə marağı qardaş ölkədən olan gənclərin mühəndislik kimi çox önəmli peşələrə yüksək ixtisaslı müəllim heyəti ilə yiyələnməsi və daha sonra 2 dövlətin dostluq və qardaşlıq əlaqələrinə, o cümlədən inkişafına öz töhvələrini verməsidir.

Türkiyənin Ankara şəhərində yerləşən OSTIM Texniki Universiteti yeni olmaqla bərabər innovativ bir universitetdir. Edupol Study Abroad OSTIM Texniki Universitetinin tələbə qəbulu üzrə rəsmi tərəfdaşıdır. OSTIM Texniki Universitetində Elektrik və elektronikmühəndisliyi (ingiliscə), Kompyuter mühəndisliyi (türkcə və ingiliscə), Mexanika mühəndisliyi (ingiliscə), Proqramlaşdırma mühəndisliyi (türcə), Sənaye mühəndisliyi (türkcə), Sənaye məhsillarının dizaynı (türkcə), İç mimarlık ve çevre tasarımı (türkcə), İnformasiya sistemləri menecmenti (türkcə), Beynəlxalq ticarət və maliyyə (ingiliscə), İqtisadiyyat (ingiliscə) ixtisasları var.