Birdəfəyə on uşaq dünyaya gətirdi – FOTO

0
157

Cənubi Afrikalı qadın on uşaq dünyaya gətirib.

“The Sun” məlumat verir ki, 37 yaşlı Gosiame Sitole adlı qadın keçən ay 9 uşaq dünyaya gətirən malili Halime Sissenin rekordunu yeniləyib.

Doğumdan əvvəl qadının altı uşağa hamilə olduğu deyilib, müayinə vaxtı uşaq sayının səkkiz olduğu bildirilsə də, qeysəriyyə əməliyyatı zamanı 10 uşaq doğulub.