Bakı metrosunda tüstülənmə baş verib

0
83

“Bakı Metropoliteni” QSC-nin “Əhmədli” stansiyası yaxınlığında kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib”.

Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Bildirib ki, elektrik mühafizə sistemi dərhal işə düşərək, onu açıb:

“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, qatarların hərəkətində cədvəldən əlavə iki dəqiqə tənzimləmə məqsədilə vaxt sərf olunub”.

O qeyd edib ki, metropolitenin iş rejimində dəyişiklik yoxdur.