Azərbaycanın daha bir idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

0
23

Daha bir idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Kubokunda parapauerlifting idman növü üzrə milli komandamızın üzvü, 49 kq çəki dərəcəsində iştirak edən Pərvin Məmmədov 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb.

Dubayda keçirilən Dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Pərvin Məmmədov bununla da Azərbaycanın Paralimpiya Oyunlarına 19-cu lisenziyasını qazanıb.

Qeyd edək ki, bu günədək Milli Paralimpiya Komitəsinin idmançılarından 8-i atletika, 4-ü taekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündən Paralimpiadaya vəsiqə əldə edib.