Azərbaycan ordusunun göldə boğulan kapitanı dəfn edildi – YENİLƏNİB + FOTO

0
23

Kəlbəcər rayonunda göldə boğulan Azərbaycan ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu dəfn edilib.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

10.55

Kəlbəcər rayonunda göldə boğulan Azərbaycan ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu ilə vida mərasimi keçirilir.

Vida mərasimi onun ailəsinin yaşadığı Gəncə şəhərində keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və yerli sakinlər iştirak edir.

Qeyd edək ki, İ.Fərzəliyev iyunun 17-də Kəlbəcərdə göldə çimərkən boğularaq həlak olub.