Zərərli qaz tullantıları normadan artıq olan avtomobillərin sürücüləri cərimələnib – FOTO

0
36

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlarda zərərli qazların miqdarı yoxlanılıb.

Tədbir zamanı bəzi avtomobillərinin normadan artıq tullantı ixrac etdiyi müəyyən edilib. Həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.