Süveyş kanalında dərinləşdirilmə işlərinə başlanıb

0
22

Süveyş kanalı idarəsi kanal yatağında dərinləşdirilmə işlərinin başladığını bildirib.

Məlumata görə, dərinləşdirilmə işləri mart ayında nəhəng konteyner gəmisinin saya oturduğu ərazinin yaxınlığında aparılır. Kanalın inkişaf planına əsasən, 2023-cü ildə onun dərinliyi 20 metrdən az olan hissələri də dərinləşdiriləcək.

Qeyd edək ki, “Ever Given” gəmisinin ilişərək qaldığı ərazidə kanalın dərinliyi 22 metrdir.