Senatordan ŞOK: Putin UNO-ların köməyi ilə bizi…

0
88
Senatordan ŞOK: Putin UNO-ların köməyi ilə bizi...

Rusiya Prezidenti Vladimir Putin UNO-ların köməyi ilə ABŞ hərbi gəmilərini təqib edir.

Bunu “Deyli Star”a (Daily Star) keçmiş amerikalı senator Harri Reyd deyib.

“Söhbət ABŞ hərbi gəmilərinin müəyyən bir piramida şəklində bir obyekt tərəfindən təqib edilməsindən gedir. UNO-nun Rusiya liderinin əmri ilə hərəkət etdiyinə inanıram və buna şübhə etməyin mənası yoxdur. Putinin DTK-dakı xidməti bunun sübutu sayıla bilər”, – H.Reyd söyləyib.

Qeyd edək ki, piramida şəklində uçan obyekt 2019-cu ilin iyul ayında San Dieqo sahillərində “USS Russel” gəmisi tərəfindən qeydə alınıb. Naməlum obyektin gəmidən təxminən 210 metr yüksəklikdə olduğu bildirilib. Bir versiyaya görə, bunlar meteoroloji zondlar və ya casus pilotsuz uçuş aparatları ola bilər, lakin obyektlərin hələ də dəqiq nə olduğu məlum deyil. Video Pentaqon tərəfindən təsdiqlənib.

2020-ci ilin avqust ayında ABŞ Dövlət Departamenti UNO-ları öyrənmək üçün işçi qrupu yaradıldığını təsdiqləyib.