Namiq Qaraçuxurlunu aldatdılar – FOTO

0
36

Meyxanaçı Namiq Qaraçuxurlu dələduzluğa qurbanı olub.

Bu barədə o, sosial şəbəkədə hesabında məlumat yayıb.

Məşhur meyxana ustasının iddiasına görə, “Instagram”da onlayn fəaliyyət göstərən mağazalardan birinin idarəçiləri onu aldadıb:

“Bu səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insan var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”.