İranda baş verən zəlzələnin Azərbaycana təsiri var? – AÇIQLAMA

0
28

İranın şimal-şərqində zəlzələ baş verib. Hadisə zamanı yaralananların olduğu bildirilir.

İranda baş verən zəlzələnin Azərbaycana təsiri varmı?

Məsələ barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlama verib.

O bildirib ki, İran, Türkiyə, Ermənistan və Gürcüstanın ərazisi seysmik zonadır. Əgər həmsərhəd olan yerdə güclü zəlzələ olarsa, yeraltı təkanlar Azərbaycanda da hiss oluna bilər:

“Həmin ölkələrin bizim sərhəddən uzaq olan yerlərində olan zəlzələlərin ölkəmizə hər hansı təsiri yoxdur”.Xidmət rəsmisi qeyd edib ki, Azərbaycan da seysmik zonada yerləşir:

“Ərazilərimizdə də vaxtaşırı hiss olunan və olunmayan zəlzələlər baş verir. Heç kim zəlzələ ilə bağlı dəqiq proqnoz verə bilməz. Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Yəni birmənalı olaraq deyə bilmərik ki, zəlzələ olacaq ya olmayacaq”.