Hindistanda aşkar olunan koronavirus növü Malayziyada da tapılıb

0
15

Koronavirusun ilk dəfə Hindistanda aşkar olunmuş B1617 ştammı artıq Malayziyada da tapılıb.

Bu barədə Malayziya səhiyyə naziri Adham Baba videokonfrans zamanı məlumat verib.

Virus paytaxt Kuala-Lumpur hava limanında testdən keçən Hindistan vətəndaşında tapılıb.

Qeyd edək ki, Hindistanda epidemioloji vəziyyətin kəskin pisləşməsi fonunda iki ölkə arasındakı hava əlaqəsi artıq dayandırılıb.