Günlük yoluxma sayı 677 mini ötdü

0
39
Günlük yoluxma sayı 677 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 677 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 677 387 nəfər yeni koronavirusa yoluxub, 12 936 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 161 513 458, ölənlərin isə 3 352 109 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.