Baş prokurordan Qarabağda vuruşmuş erməni terrorçularla bağlı AÇIQLAMA

0
336

“Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işi var”.

Bu barədə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bununla bağlı istintaq işləri davam etdirilir:

“Onlara qarşı konkret cinayət işi ilə bağlı ittiham irəli sürülüb. Bunlardan biri – Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

Onun barəsindəki cinayət işinə hərtərəfli, obyektiv və beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.