Bakıda velosiped yolunun uzunluğu 250 kilometrə çatdırılacaq – AÇIQLAMA

0
29

Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı atılan addımlar davam etdiriləcək.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, artıq bununla bağlı Bakı Bulvarı ərazisində 7,5 kilometr uzunluğunda velosiped yolu çəkilib:

“Ümumilikdə Bakı şəhərinin Baş Planına əsasən, velosiped yol şəbəkəsinin uzunluğunun 2027-ci ilə qədər 63,5 kilometr, 2040-cı ildə isə 251,2 kilometrə çatdırılması planlaşdırılır”.