Bakıda piyada zonası genişləndiriləcək – AÇIQLAMA

0
30

“Hazırda paytaxtın mərkəzi hissəsində 49 800 kvadratmetr piyada zonası mövcuddur. Daha 15 300 kvadratmetr sahənin tamamilə piyadalaşması, həmçinin 10 000 kvadratmetr ərazidə piyada üstünlüyü olan zonaların yaradılması da planlaşdırılır”.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib:

“Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb”.