Bakıda kişinin küçədə qadına şiddət göstərməsi ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB

0
140

Sosial şəbəkələrdə qadının fiziki təzyiq məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslərin kimliyi məlum olub.

Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Yayılan görüntülərlə bağlı məlumat verən E.Hacıyev bildirib ki, fakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb:

“Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər. Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.

17:52

Bakının Nəsimi rayonunda kişi qadını zorla maşına mindirməyə cəhd edib. 

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Videonun paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi yaxınlığında qeydə alındığı iddia edilir. 

Görüntülərdə kişi qadını maşına mindirir, lakin qadın avtomobildən düşərək qaçmağa başlayır və yıxılır. Qadının qaçdığını görən kişi onun arxasınca gedərək onu yenidən maşına minməyə məcbur edib. Ətrafda olan insanlardan isə bir xanımdan başqa heç kim baş verənlərə reaksiya verməyib.