Azərbaycan paraüzgüçüsü Avropa çempionu oldu – FOTO

0
33

Azərbaycanı təmsil edən paralimpiyaçı Roman Saley S12 kateqoriyası üzrə Avropa çempionu olub.

Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Belarus əsilli paraüzgüçü Portuqaliyanın Madeyra Muxtar Regionunda keçirilən Avropa açıq çempionatının qızıl medalına sahib çıxıb.

O, 100 metrəyə arxası üstə üzmə növündə 1:01.57 nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.

İkinci yeri belaruslu Maksim Vaşkeviç (1:02.90), üçüncü pilləni isə rusiyalı Roman Makarov (1:03.25) tutub.