Ağdamda faciəvi hadisə – Ölən və yaralananlar var

0
353
Ağdamda faciəvi hadisə - Ölən və yaralananlar var

Mayın 1-də saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rayon sakinləri M.Şükürovun idarə etdiyi “Mercedes” və Kamal Hüseynovun idarə etdiyi “İnfiniti” markalı avtomobillər toqquşub.

Nəticədə K.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.