Afaq Bəşirqızı əməliyyat olundu

0
39
Afaq Bəşirqızı əməliyyat olundu

Xalq artisti Afaq Bəşirqızı əməliyyat etdirib.

Aktrisa bu haqda “Elgizlə izlə” verilişində danışıb. Proqrama telefonla bağlanan A.Bəşirqızı kök hüceyrə köçürməsi etdirdiyini söyləyib:

“1995-ci ildən bu xəstəliklə çalışıram. Metastaz verdi, başqa problemlər yaratdı. Xəstə həkiminə inanırsa, yaxşı sonu olur. Orqanizmimdə çox fəsadlar var. Əməliyyata hazırlaşırdım, heç bir həkim də qarantiya vermirdi. Amma bu əməliyyatı öyrəndim, getdim narkoz aldım və uzandım. İndi sağalma hiss edirəm”.

Qeyd edək ki, aktrisa oynaqlarındakı ağrıdan əziyyət çəkirdi.