ABŞ razılaşmanı pozdu – “Taliban”dan XƏBƏRDARLIQ

0
89
ABŞ razılaşmanı pozdu - "Taliban"dan XƏBƏRDARLIQ

“Taliban” ABŞ-ın 1 may tarixinə qədər Əfqanıstandan qoşunlarını geri çəkməyərək “Doha razılaşması”nı pozduğu açıqlayıb.

ABŞ tərəfindən razılaşmanın pozulmasının “Taliban”ın əks-hücum hərəkatına yol açdığı bildirilən açıqlamada bu mövzuda “Taliban” rəhbərləri tərəfindən qərarın qəbul ediləcəyinin gözlənildiyi və buna uyğun hərəkət ediləcəyi vurğulanıb.

Qətərin paytaxtı Dohada bir neçə ay davam edən danışıqlardan sonra “Taliban” və ABŞ arasında 2018-ci ildə imzalanan müqaviləyə görə, bütün xarici qüvvələr 1 may 2021-ci il tarixinə qədər Əfqanıstandan çıxmalı idi. ABŞ Prezidenti Co Bayden isə Əfqanıstanda qalan 2500 Amerika əsgərinin hamısının 11 sentyabradək geri çəkiləcəyini bildirib.

Digər tərəfdən, Əfqanıstanın cənubundakı ABŞ hərbi bazası olan Qəndəhar Hava Limanına raket hücumu edilib.

Əfqanıstandakı ABŞ qoşunlarının sözçüsü Soni Leget Qəndəhar Hava Limanına təşkil edilən hücumda kimsənin zərər görmədiyini söyləyib. Leget ABŞ əsgərlərinin bu hücuma cavab verdiyini və eyni hava limanında atılmağa hazır olan bir neçə raket mərmisinin məhv edildiyini bildirib.

Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.

Xatırladaq ki, “Taliban” ötən ay Qəndəhar Hava Limanına hücum təşkil etmişdi.