Tramp: “Koronavirusa qarşı vaksini “trampsin” adlandırmaq lazımdır”

0
51

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların COVID-19-a qarşı mübarizədə uğurlarını növbəti dəfə özünün xidməti adlandırıb.

Sabiq prezident Palm-Trampdakı “Four Seasons” kurortunda özünün 360 nəfər tərəfdarı qarşısında çıxışında koronavirusa qarşı vaksini “trampsin” adlandırmaq lazım olduğunu iddia edib.

CNN agentliyinin müxbiri Kevin Liptak həmin görüşün iştirakçılarından biri ilə söhbət zamanı bildirib ki, Tramp senatdakı çoxluğun lideri Mitç Makkonnelli təhqir edib, onu koronavirusa qarşı peyvəndləmə prosesinə lazımınca töhfə verməməkdə təqsirləndirib.

Tramp ilə Makkonnell arasında gərginlik artıq neçə aydır ki, davam edir. Makkonnell senatda Alyaskanı təmsil edən və ABŞ-ın keçmiş liderinə qarşı nifrətini gizlətməyən Liza Murkovskini dəstəkləyəndən sonra bu düşmənçilik daha da kəskinləşib. Doğrudur, Makkonnell Trampın impiçmenti lehinə səs verməmişdi, bununla belə çoxluğun lideri bildirib ki, Kapitolidə 5 nəfərin həlak olması ilə nəticələnmiş iğtişaşlara görə Tramp “praktiki və mənəvi məsuliyyət daşıyır”.

Mart ayının əvvəlində Tramp əsassız olaraq bəyan edirdi ki, amerikalılar vaksinin onlar üçün əlçatan olmasına görə ona borcludurlar.