Tanınmış şair-dramaturq vəfat etdi – FOTO

0
82

Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Dramaturq Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.

R.Muxtar 11 yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub.

Gürcü və Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatı – “Şərəf” ordeninə layiq görülüb.