Şimali Koreya idmançılarını Tokio Yay Olimpiya Oyunlarına buraxmayacaq

0
271

Koreya Xalq Demokratik Respublikasının idmançıları COVID-19 infeksiyasından qorumaq məqsədi ilə Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. 

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, qərar martın 25-də Şimali Koreya Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib.