Səlçuk Bayraktar: “Bakıda ən böyük Hava Texnologiya Festivalı keçiriləcək”

0
315

Türkiyədə keçiriləcək Texno festivala qardaş ölkə Azərbaycandan 200 nəfərə yaxın şəxs qatılıb. 

Bu sözləri AzTV-yə açıqlamasında məşhur “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar Azərbaycanda səfərdə olduğu zaman deyib.

O bildirib ki, bu il Türkiyədə keçirilən Texno festivala azərbaycandan müraciət edənlər olub:

“Bu il Hava Texnologiya Festivalına 200 mindən çox insan müraciət edib. Onlar arasında 200 nəfərə yaxın azərbaycanlı var. Texno festivalını xarici ölkələrə daşımaq fikrimiz var. Bu səfərimin məqsədlərindən biri də festivalın Azərbaycanda da təşkil olunması istiqamətində təkliflər verməkdir. Bakıda bununla yanaşı bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır. Yalnız Bakıda ən böyük Hava Texnologiya Festivalının təşkilini planlaşdırırıq”.