Özünüməşğulluq çərçivəsində təqdim olunan əmlaklar niyə gecikir? – RƏSMİ

0
80

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev özünüməşğulluq proqramlarında əmlakların vətəndaşlara gec verilməsi məsələsinə münasibət bildirib.

O bildirib ki, özünüməşğulluq proqramlarına cəlb olunanların əmlaklarla təmin olunması müvafiq prosedurlara uyğun həyata keçirilir:

“Satınalmalar haqqında qanunvericiliyə əsasən, əvvəlcədən 2021-ci il üçün elan etdiyimiz kvotalara uyğun olaraq kənd təsərrüfatı, istehsal xidmət sahələri üzrə müvafiq tender elan olunur. Qalib şirkət müəyyən olunduqdan sonra onlarla müqavilə imzalanır. Daha sonra həmin əmlak Azərbaycanda varsa, alınır, yoxdursa, digər ölkələrdən idxal olunur.

Bu zaman vətəndaşların müəyyən sualları meydana çıxır ki, biz nə zaman əmlaklarla təmin olunacağıq? Bu prosedurlar müəyyən vaxt alır, bu bizdən asılı bir məsələ deyil. Vaxt təqribən 2-3 ay çəkə bilir”.

Sədrin müavini əlavə edib ki, vətəndaşlar narahat olmasın:

“Prosedurlar bitdikdən sonra onların əmlakları təqdim olunacaq. Hazırda heyvandarlıq istiqaməti üzrə prosedurlar bitmək üzrədir, heyvanlar xarici ölkələrdən idxal olunacaq. Çünki Azərbaycanda bu sayda, bu keyfiyyətdə heyvanlar yoxdur”.