Nazirlik əməkdaşları altı nəfəri xilas etdilər – VİDEO

0
43

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 6 nəfər xilas edilib, mənzildə 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, FHN əməkdaşları həmçinin 9 aprel 2021-ci il tarixində Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batmış 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriliblər.