İlon Mask iki nəfərin ölümü ilə nəticələnən elektromobil qəzasının səbəbini açıqladı

0
21

“Aprelin 17-də Texasda qəzaya uğrayan “Tesla” elektrik avtomobilində avtopilot funksiyası aktivləşdirilməyib”.

Bu barədə elektrik avtomobillərin istehsalı üzrə şirkətin təsisçisi və baş direktoru İlon Mask öz “Twitter” səhifəsində yazıb.

“İndiyə qədər alınmış məlumat qeydləri göstərir ki, avtopilot qoşulmayıb və bu avtomobil üçün tam avtonom sürmə funksiyası alınmayıb”, – İlon Mask bildirib.

Xatırladaq ki, “Tesla” elektromobili aprelin 17-də Texas ştatında yüksək sürətlə hərəkət edərkən ağaca çırpılıb. Hadisə nəticəsində iki nəfər həlak olub.