Gəncə hadisələrindən olan görüntü Türkiyədə “İlin Mətbuat Fotosu” seçildi – FOTO

0
16

Türkiyə mediasının ən prestijli foto mükafatlarında 2021-ci ilin qalibləri açıqlanıb. “Sabah” qəzetinin müxbiri Uğur Yıldırımın Qarabağ müharibəsi dövründə çəkdiyi fotoşəkil ilə “İlin Mətbuat Fotosu” mükafatını qazanıb.

İlin Mətbuat Fotosu mükafatına layiq görülən kadrda Ermənistanın Gəncə şəhərinə endirdiyi raket hücumunda qohumunun ölüm xəbərini alan qadının fəryadı əks olunub.

Yıldırım həmçinin Qarabağ müharibəsində çəkdiyi fotoşəkillərlə “İlin İkinci Foto reportajı” və  Azərbaycanın “Şuşa zəfərindən sonra sevinc” fotoşəkili ilə Xaricdəki Türklər və Qohum Toplumlar üçün Rəhbərlik (YTB) qurumunun mükafatını da qazanıb.

Yıldırım bu mükafatı Qarabağda çəkilən görüntüyə görə almasının onun üçün çox vacib olduğunu bildirib.

“Bir çox həmkarımla Azərbaycanda baş verənləri, Qarabağ hadisələrini bütün dünyaya göstərməyə çalışdıq. Bütün həmkarlarım adına bu səsin eşidilməsində pay sahibi olmaq xüsusi bir qürurdur”, – deyə o qeyd edib.