Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb – ÜST

0
22
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 804 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 804 807 nəfər yeni koronavirusa yoluxub, 12 955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 138 688 383, ölənlərin isə 2 978 935 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.