Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb

0
18

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 809 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 809 004 nəfər yeni koronavirusa yoluxub, 11 481 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 140 322 903, ölənlərin isə 3 003 794 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.