Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb – ÜST

0
41
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 675 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 675 707 nəfər yeni koronavirusa yoluxub, 11 746 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 135 646 617, ölənlərin isə 2 930 732 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 30 772 857 nəfər. Siyahıda daha sonra Hindistan (13 527 717), Braziliya (13 445 006), Fransa (4 980 133), Rusiya (4 649 710), Böyük Britaniya (4 369 779), İtaliya (3 769 814), İspaniya (3 336 637), Almaniya (3 011 513), Polşa (2 586 647) Kolumbiya (2 518 715) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.