“Cosmoline” fars, rus, gürcü və erməni dilindən tərcüməçi vəzifəsinə vakansiya elan edir

0
17

“Cosmoline” Tərcümə Mərkəzi fars, rus, gürcü və erməni dilindən tərcümələrin həyata keçirilməsi üçün tərcüməçi vəzifəsinə vakansiya elan edir.

Namizədə tələblər:

– ali təhsil;

– fars, rus, gürcü və ya erməni dilini mükəmməl bilmək;

– yuxarıda qeyd olunan dillərin qrammatikasını yüksək səviyyədə bilmək;

– müasir informasiya texnologiyalarından istifadə etməyi, eləcə də məlumat toplamağı və təhlil etməyi bacarmaq;

– qeyd olunan dillərdən ikisini bilən, eyni zamanda sahə üzrə təcrübəyə malik namizədlərə üstünlük veriləcəkdir.

Peşəkar vərdişlər:

– verilən tapşırıqlara ciddi və məsuliyyətlə yanaşmaq;

– komanda ilə və müstəqil şəkildə işləməyi bacarmaq;

– yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmaq;

– işdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmaq.

İş barədə məlumat:

– iş Bakı şəhərindədir;

– əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilir;

– peşəkar inkişaf imkanı;

– gənc, enerjili və mehriban kollektiv;

– əmək haqqı 1000 AZN-dən başlayaraq.

Qeyd olunan tələblərə uyğun olan şəxslərdən CV məlumatlarını office@cosmoline.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.