“Bandotdel” Bakıda əməliyyat keçirdi – Külli miqdarda həb aşkarlandı

0
54
"Bandotdel" Bakıda əməliyyat keçirdi - Külli miqdarda həb aşkarlandı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçirilib.

Əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Qəniyev Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 29 qrama yaxın metafetamin, 217 ədəd “Paden 300” preqabalin, 364 ədəd “Alyse” preqabalin və 424 ədəd ekstazi həbləri aşkar edilərək götürülüb.