Bakıda kommersiya obyektlərinin qiyməti ucuzlaşdı – SƏBƏB

0
19
Bakıda kommersiya obyektlərinin qiyməti ucuzlaşdı - SƏBƏB

Pandemiya Bakıda kommersiya obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.

Bunu əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib.

O bildirib ki, mart ayında kommersiya obyektlərinin qiyməti 2,51% ucuzlaşıb.

Kommersiya obyektlərinin orta qiyməti 2917 manat/kv.m təşkil edib.

Ekspert bildirib ki, pandemiya səbəbindən bir sıra ticarət obyektləri işləmədiyi üçün ticarət obyektlərinə tələbat da azalıb ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olub.