Azərbaycan gimnastı Bazeldə keçirilən Avropa Çempionatının finalına çıxıb

0
58

Azərbaycan gimnastı  (İsveçrə) keçirilən idman gimnastikası üzrə Avropa Çempionatının dayaqlı tullanmada finalına vəsiqə qazanıb.

Trend xəbər verir ki, M.Nekrasova dayaqlı tullanmada 13.983 xal toplayaraq dördüncü yeri tutub, dəstəli at üzərində hərəkətlərdə isə 10.663 xal toplayıb.

Daha bir Azərbaycan gimnastı Milana Minakovskaya 4 hərəkətin yekunları üzrə ümumilikdə 41.974 xal toplayıb (dayaqlı tullanma – 12.100 xal, müxtəlif hündürlüklü qollar – 9.500 xal, dəstəli at – 8.708 xal, sərbəst hərəkətlər – 11.666 xal).

Qeyd edək ki, idman gimnastikası üzrə Avropa Çempionatı 21-25 aprel tarixlərində İsveçrənin Bazel şəhərində keçirilir. Yarışlarda 38 ölkədən 268 idmançı iştirak edir.

Kişi gimnastlar arasında yarışlarda Azərbaycanı Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil edirlər.