AŞPA-da olmayan “erməni əsir” oyunu: təşkilat intihar edir?

0
64

Dünya siyasətində və xüsusilə də Avropada beynəlxalq siyasi təşkilatlar artıq rudiment, keçmişin asta səsli əks-sədası təsirini bağışlamağa başlayıb.

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) “qoca qitə”dəki ölkələr arasındakı diskursları aradan qaldıraraq, əməkdaşlığı gücləndirmək və möcud problemləri çözərək anlaşılmazlıqları nizamlamaq, mübahisəli məsələləri həll etmək üçün yaradılmışdı.

1949-cu ildə Strasburqda yaradılan və hazırda 47 ölkənin üzv olduğu PASE əfsuslar olsun ki, fəaliyyəti deklarativ məcradan çıxara bilməyib.

Tam əksinə, AŞPA “soyuq savaş”ın rudimenti kimi qalaraq indi Avropada yeni “soyuq savaş”lar formalaşdırmaq istəyən qüvvələrə dəstək verək mexanizm təsiri bağışlayır.

AŞPA-nın fəaliyyətindəki anaxronik, hətta atavistik məqamlardan biri, bəlkə də birincisi təşkilatın ölkələrlə danışmaq əvəzinə, ölkələrdən danışmasıdır.

Üzv dövlətlər üzrə monitorinq mexanizmi də faktiki olaraq “hədəf” seçkilər dövlətlərə təzyiq, aşkar pressinq vasitəsinə çevrilib. AŞPA real siyasəti qəbul etmir və hələ də hesab edir ki, müxtəlif formalı demokratiyalara malik ölkələrə eyni qəlibi tətbiq etmək mümkündür, hətta vacibdir.

İnkişaf etmiş, çoxəsrli demokratiya və dövlətçilik ənənələrinə malik ölkələrdə dövlət müstəqilliyinin elanından 50 il keçməmiş ölkələri eyni tutan AŞPA plüralizmi volüntarizmə qurban verir.

Tarix, adət, ənənə, mədəniyyət, sosial yaşam, demokratiya formasına görə müxtəlif olan, amma AŞPA-ya bərabərhüquqluluq prinsipləri ilə üzv olan dövlətləri eyni şablona tabe etmək istəyi təbii ki, absurddur və sözügedən strukturun iclaslarında səslənən suçlamalar da tragikomediya təsiri bağışlayır.

AŞPA-nın fəaliyyətində siyasətin miqdarı ifrata çatdığından üzv dövlətlərin çoxu təşkilatın real məqsədini anlamağa çətinlik çəkirlər. Halbuki AŞPA-nın təməl prinsipi ikili standartlarsız, üzv dövlətlərin daxili və suveren işlərinə müdaxiləsiz, böyük Avropa evində sülh və stabilliyin bərqərar olmasına yönəlmiş siyasətli, təşkilatdakı parlament nümayəndə heyətlərinin istisnasız olaraq hamısının maraqlarına sayğı ilə yanaşıldığı şəraitin yaradıldığı prinsiplərə əsaslanan kommunikasiya modeli bazis rolunu oynamılıdır.

AŞPA-nın ölkələrlə yox, ölkələrdən danışmağının fəsadları Rusiyanın timsalında aydın görünür. Ukraynanın Donbas vilayətindəki olaylar və Krımla bağlı məsələdən sonra 2014-cü ildə Rusiyanın nümayəndə heyəti AŞPA-dakı səlahiyyətlərindən məhrum edilmişdi. Lakin 2019-cu ilin iyun ayında AŞPA Rusiyanın nümayəndə heyətinin səlahiyyətlərini tam bərpa etdi. Səbəblər trivialdı: Rusiya təşkilata ən çox üzvlük haqqı ödəyən ölkələrdən biri olmaqla yanaşı, daxili işlərinə AŞPA-nın müdaxilə cəhdlərinə yol verməyəcəyini bəyan etmişdi.

İşğalçı Ermənistana son 28 ildə effektiv təsir mexanizmlərini hazırlayaraq reallaşdıra bilməyən, Azərbaycanı ərazisinin 20 faizinin qəsb edilməsinə son qoymaqda aciz qalan AŞPA indi, Bakının zəfəri və İrəvanın kapitulyasiyası ilə başa çatan 44 günlük İkinci Qarabağ Savaşından sonra Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına mane olmağa çalışna qüvvələrin aktivlik meydanına çevrilməkdədir.

Azərbaycan AŞPA səviyyəsində ölkələrlə dialoq qurmaq istəyir, lakin təşkilatda “aktual mövzu”ları müzakirələrə və səsverməyə çıxarmaqla prosesləri tam yanlış, təhlükəli istiqamətlərə yönəltmək istəyənlər var.

Belə cəhdlərdən biri də “Azərbaycanda saxlanan erməni hərbi əsir”lər kimi klişeyə çevrilmiş yanlış interpretasiyalı məqamla bağlıdır.

Mövzunun məğzini və təfərrüatını anlamadan “hərbi əsirlər” məsələsini AŞPA-da müzakirəyə çıxarmaqla təşkilat əslində Bakı və İrəvan arasında yekun sülhün əldə edilməsinə yönələn prosesə çox ciddi zərbə vurdu.

Hibrid müzakirələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası Strasburqda hibrid formatda işə başlayıb.

Koronavirus məhdudiyyətləri səbəbindən sessiya məhdud sayda parlamentarinin iştirakı ilə keçiriləcək.

Dünən Moldova Prezidenti Maya Sandu sessiya iştirakçıları qarşısında çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Bu gün parlamentarilər Almaniya kansleri Angela Merkel ilə videokonfrans vasitəsilə görüşəcəklər. Axşam saatlarında isə Avropa Şurasının baş katibi müraciət ilə çıxış edəcək.

Çərşənbə günü Avropa Parlamentinin sədri David Sassoli parlamentarilərlə danışmağı planlaşdırır. Cümə axşamı isə Almaniyanın Avropa işləri üzrə naziri Mixael Rot Avropa Şurası Nazirlər Komitəsinin müraciətini oxuyacaq.

Aprelin 21-də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2020-ci il üçün illik hesabatını təqdim edəcək.

Xatırladım ki, Azərbaycan Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın yaz sessiyasında iştirak üçün aprelin 17-də Strasburqa yola düşüblər.

Yaz sessiyası aprelin 23-də başa çatacaq.

Sadəcə, statistika və sonra da siyasət

Dünən AŞPA-da “təcili prosedurlar və diskussiyalar” qrifi ilə bir sıra məsələlər paket şəkildə müzakirəyə və səsverməyə çıxarılmışdı.

Onların siyahısı belədir:

1. 2012-ci ilin yanvarında Aleksey Navalnının saxlanması və həbsi

2. Türkiyədə demokratik institutların fəaliyyəti

3. COVİD pasportları və ya sertifikatları: əsas hüquqların müdafiəsi və hüquqi sonuclar

4. Erməni hərbi əsirlər, digər əsirlər və saxlanan şəxslər

5. COVİD-19-a qarşı vaksinasiya şəhadətnamələri: insan haqlarını və ictimai səhhəti necə qorumalı?

6. Avropada sülhə can atılmasının önündəki Rusiya təhlükəsi

… Ermənistanın AŞPA-dakı nümayəndə heyətini 2 və 4-cü bəndlər, təbii ki, daha çox maraqlandırırdı. Rusiya, Türkiyə və Azərbaycana qarşı qərəzli, obyektivlikdən çox uzaq mövqe tutmuş deputatlar da sənədin lehinə səs veriblər.

Sənədin lehinə 93, əleyhinə 21 deputat səs verib, 18 AŞPA mənsubu isə bitərəf qalıb.

Rusiyanın nümayəndə heyətininn sənədin əleyhinə səs verməsi isə 1, 3, 5 və 6-cı bəndlərlə bağlıdır.

AŞPA özünə qarşı çıxdı

AŞPA-dakı bu səsvermə ümumiyyətlə, siyasətin relyativistlik mahiyyətinin süni şəkildə ifrata vardırılmasıdır.

Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur.

Noyabrın 8-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda deyilir ki, “Qarabağda qoşunlar olduqları yerdə qalmalıdır.

Erməni silahlılar işğaldan azad edilmiş ərazilərə sızıblar: özü də onlar meşəliklərdə və ermənilərin gedərkən yandırmadıqları evlərlə yanaşı, rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə gizlənirlər.

Digər məsələ isə həmin erməni silahlıların kimliyidir. Onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır və Qarabağa da noyabrın 10-dan, yəni üçtərəfli bəyanat imzalanandan sonra göndəriliblər.

Yəni Ermənistanın anlaşmanın şərtlərini inadla və israrla yerinə yetirmədiyi aşkardır.

Rəsmi İrəvan fasiləsiz olaraq bəyan edir ki, bu şəxslər “könüllülər”dir, hətta çoxu qarabağlı ermənilərdir və onlar Ermənistan Müdafiə Nazirliyinin qərarlarına tabe olmurlar.

İrəvan beləcə, həmin şəxslərin diversant və ya terrorçu kimi yox, hərbi əsirlər qismində tanınmasını qarşısına məqsəd qoyur.

Lakin İrəvanın versiyasına görə, bu şəxslər Ermənistana tabe olmayanlardırsa və üstəlik, əksəriyyəti də qarabağ erməniləridirsə, onda belə çıxır ki, ələ keçirilənlər Ermənistan vətəndaşlarıdırsa öz ölkəsinin qanunlarına, qarabağlı ermənilərdirsə – de-yure və de-fakto vətəndaşları olduqları Azərbaycanın mövcud qanunvericiliyinə tabe olmayaraq mütəşəkkil silahlı dəstələrin və terrorçu qruplaşmaların tərkibində teraktlar törətməyə hazırlaşmış şəxslərdir.

Hər iki halda onlar apriori qaydada qatı cinayətkar hesab olunurlar.

Üstəlik, onlar İrəvanın bəyan etdiyi kimi, “Ermənistan vətəndaşları deyil”lərsə, deməli, Azərbaycan vətəndaşı olan qarabağlı ermənilərdir və belədə heç bir halda hərbi əsir hesab oluna bilməzdər.

Bəhs etdiyim silahlı ermənilərlə bağlı terminologiyada da aydınlıq olmalıdır.

Əgər onları “diversant” adlandırırınqsa, onda bu şəxslər konkret ölkənin silahlı qüvvələrinin tərkibindəki hərbi xidmətçilərdir və qarşılarına qoyulmuş döyüş tapşırığını yerinə yetiriblər.

Terrorçular isə bütün ölkələrdə qanundan kənar adamlardır və hərbi əsirlərlə davranış barədə 1949-cu ilin Cenevrə konvensiyası onlara şamil olunmur.

… AŞPA-nın isə Azərbaycanda saxlanan erməni diversantları “erməni hərbi əsir” sayaraq müzakirələr açması təşkilatda məntiqin, siyasi etikanın və ən başlıcası, real siyasətin suisidal istiqamətdə irəliləyişidir.

İntihar istənilən halda kədərlidir.