Anar Ələkbərovun doğum günüdür

0
16

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.

Anar Sahib oğlu Ələkbərov 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə isə adıçəkilən ali təhsil müəssisəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Anar Ələkbərov 2008-ci ildən Heydər Əliyev Fondunun, 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.

Anar Ələkbərov 2013-cü ildə Fransanın “İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

A.Ələkbərov 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif edilib.

2014-cü ildən Azərbaycan Avtomobil İdman Növləri Federasiyası prezidenti vəzifəsində çalışır. Formula-1 yarışlarının təşkil edilməsində əsas şəxslərdən biri məhz Anar Ələkbərovdur.

Onun 2014-cü ildə “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və “Mehriban” adlı kitabı çap edilib. İndiyə qədər bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib. 2015-ci ildə “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan Nümayəndə heyətinin sədri olub. Anar Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif olunub. Prezident Ilham Əliyevin 29 noyabr 2019-cü il tarixli Sərəncamı ilə Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Anar Ələkbərovun atası Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavinidir.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, İctimai Nəzarət Koalisiyasının, Sabitlik və İnkişaf Mərkəzinin kollektivi Anar Ələkbərovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır!