Agentlikdən həbs olunan Komissiyasının sədri ilə bağlı AÇIQLAMA

0
17

Bir sıra KİV və sosial media səhifələrində Məmmədov Oruc Nüsrət oğlunun həbs edilməsi ilə bağlı yayılan məlumatlarda onun 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri kimi qeyd edilməsi doğru deyil. 

Bu barədə  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib. 

Bildirilib ki, Oruc Məmmədov əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə hələ 26 oktyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin komissiyanın sədri vəzifəsindən azad edilib: 

“6 ay əvvəl vəzifəsindən azad edilmiş şəxsin yenə də həmin vəzifədə olması kimi qələmə verilməsi əsassızdır və yolverilməzdir”.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı məlumat yayıb. Bildirilib ki, qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.