Afrikada ən çox mutasiya ilə yeni ştamm tapıldı

0
49

Afrikada çalışan bir qrup alim Anqola hava limanında səyahət edənlərdə 34 mutasiyalı yeni növ koronavirus ştammı aşkar ediblər.

“İzvestiya” xəbər verir ki, bu, bilinən bütün ştammlardan daha çoxdur.

Koronavirusun bu yeni növünü fevralın ortalarında Tanzaniyadan gələn turistlərin arasında müəyyən ediblər:

“Onlarda tapılan virusların genomları demək olar ki, eynidilər və A soyunun son dərəcə dəyişdirilmiş bir ardıcıllığını təmsil etdilər”, – deyə mütəxəssislər bildirib.

Koronavirus infeksiyasının yeni növü müvəqqəti olaraq A.VOI.V2 adlandırılıb. Alimlərin fikrincə, bütün bu mutasiyalar virusun anticismlərə qarşı müqavimətini və onun yoluxma qabiliyyətini artıra bilər.