ABŞ-dan etiraf: “Silahlı qüvvələrin döyüş hazırlığı azalıb”

0
22

ABŞ Hesablama Palatası son 20 ildə davamlı müharibələr nəticəsində silahlı qüvvələrin döyüş hazırlığının azaldığını açıqlayıb.

Bu barədə RT kanalı departamentin hesabatına istinadən xəbər yayıb.

Sənəd müəllifləri ABŞ-ın quruda, dənizdə, havada və kosmosda olduğu kimi kiberməkanda da əvvəlki üstünlüklərini itirdiyini bildiriblər.

Analitiklər bunu ABŞ-ın əsas rəqiblərinin – Rusiya və Çinin hərbi potensialının artması ilə əlaqələndirirlər.