Rəmişin yaddaşı gedib-gəlir, bəzən məni də tanımır – Xanımı

0
36

“Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik”.

Bu sözləri Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.

O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir: “Xalq artistimiz Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi”.