Qarabağda erməni zabitlərin həbsinə başlandı

0
292

Ermənistanda hərbi-siyasi gərginlik davam edir.

Ermənistanın Qarabağda qanunsuz xidmət aparan 124 zabiti baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Onlar Baş Qərargah rəisi Onik Qasparyana öz dəstəklərini ifadə ediblər.

Bundan qəzəblənən Paşinyan həmin zabitlərin həbsi barədə göstəriş verib. Hazırda həmin 124 zabitin məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülür.