Karxanada başına daş düşən fəhlə öldü

0
40

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanalarının birində baş verib.

Daş karxanasında fəhləlik edən Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.