İncəsənət Gimnaziyası şagirdlərinin yeni uğuru

0
84

2021-ci il fevral-mart aylarında Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş müsabiqə keçirilib. Müsabiqəyə Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan, Belorus, Latviya, Polşa, İtaliya və Macarıstandan 300-dən çox gənc ifaçı qatılıb. Müsabiqənin münsiflər heyətinə Azərbaycanın Xalq artisti, professor, Moskva Konservatoriyasının kafedra müdiri Fərəc Qarayev sədrlik edib.

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri müsabiqədə iştirak edərək uğur qazanıblar. Belə ki, münsiflər heyəti tərəfindən musiqi şöbəsinin şagirdləri Fateh İsgəndər (tar) 1-ci yer, Mədinə Nurəliyeva (fortepiano) 1-ci yer, Məhəmməd Şəmmədov (akademik vokal) 1-ci yer, Zeynalov Fərid (fortepiano) 3-cü yerə layiq görülüblər. Fateh İsgəndər eyni zamanda Azərbaycan bəstəkarının əsərinin virtuoz ifasına görə Xüsusi diplomla təltif olunub.