Xalq artisti Yalçın Rzazadə vəfat edib – VİDEO

0
417

Azərbaycanın Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib.

Bu barədə müğənninin oğlu Mətin Rzazadə məlumat verib.

O bildirib ki, atası bu gün uzun sürən xəstəlikdən vəfat edib.

Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Allah rəhmət eləsin!