Qazaxıstanda partlayış: 2 ölü, 13 yaralı

0
61

Qazaxıstanın Petropavlovsk şəhərində yataqxanada partlayış baş verib.

Bu barədə şəhərin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“Partlayış binanın birinci mərtəbəsində baş verib. İki nəfər ölüb, 13 nəfər xəsarət alıb”, – məlumatda bildirilib.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.