Ötən gün cinayət törədən 42 nəfər tutulub

0
73

Daxili İşlər Nazirliyi ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.