Dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib

0
86

Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib.

“Motsart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.

Xilasetmə əməliyyatının təfərrüatlı hələ ki açıqlanmır.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.