Bakıda qar nəqliyyatı iflic etdi – FOTO/VİDEO

0
41

Bakıya yağan güclü qar fəsadlara səbəb olub.

Qarın yağması nəqliyyatın fəaliyyətini iflic edib. 

Yollara yağan qarın təmizlənməməsi, maşınlarla yanaşı piyadaların da gediş-gəlişinə mane olub. 

Texnika əvəzinə Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin işçiləri yollara çıxarılaraq, səkilər təmizlədilir. 

Qeyd edək ki, hava şəraitinin dəyişkən olacağı, qarın yağması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidməti bir neçə gün əvvəl məlumat verib.